Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlkin İzzət/
Bakıda darvaza oğurlayan şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Cavanşır Cəfərova məxsus Kürdəxanı qəsəbəsində yerləşən bağ evinin dəmir darvazası oğurlanıb.
Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elşən Əlişad oğlu Qəhrəmanov tutulub.
Faktla əlaqədar araşdırma aparılır.