...

FHN Lənkəranda xəsarətlə nəticələnən yanğınla bağlı məlumat yaydı

Hadisə Materials 30 Aprel 2015 18:19 (UTC +04:00)
Lənkəranda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.
FHN Lənkəranda xəsarətlə nəticələnən yanğınla bağlı məlumat yaydı

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Lənkəranda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyası 3 kv.m sahədə və içərsində olan əşyalar yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti