...

Bakıda avtomobillə adam öldürən naxçıvanlı tutuldu

Hadisə Materials 4 May 2015 11:30 (UTC +04:00)
Bir həftə əvvəl Bakıda iki qadını vurub, birini öldürən sürücü tutulub.
Bakıda avtomobillə adam öldürən naxçıvanlı tutuldu

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Bir həftə əvvəl Bakıda iki qadını vurub, birini öldürən sürücü tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 25-də saat 23:20 radələrində Neftçilər prospektində naməlum sürücü idarə etdiyi "Hyundai-Elantra" markallı avtomobillə Bakı şəhər sakinləri - Esmira Məmmədova və Leyla İsmayılovanı vurub.

Esmira Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb. Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Naxçıvan MR, Şərur rayon sakini, 1986-cı il təvəllüdlü Xəqani Həsən oğlu Qəribov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti