...

Bakıda mənzilində huşunu itirən şəxs xilas olunub

Hadisə Materials 31 May 2015 11:16 (UTC +04:00)
Bakıda vətəndaş mənzilində halsız vəziyyətdə tapılıb.
Bakıda mənzilində huşunu itirən şəxs xilas olunub

Azərbaycan, Bakı, 31 may /Trend/

Bakıda vətəndaş mənzilində halsız vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirdib, halsız vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti