Azərbaycan, Bakı, 11 iyun /Trend/
Bakının Səbail rayonunda yerləşən "Bristol" restoranında yanğın hadisəsi baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinə saytına istinadən məlumat verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, restoranın vestibülünün tavan hissəsi 150 kv.m sahədə yanıb.
Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Əlavə dəqiqləşdirilmiş məlumat veriləcək.