...

Yasamal rayonunda çayxana və 2 sex yanıb

Hadisə Materials 22 İyun 2015 09:16 (UTC +04:00)
Yasamal rayonunda çayxana və 2 sex yanıb.
Yasamal rayonunda çayxana və 2 sex yanıb

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Yasamal rayonunda çayxana və 2 sex yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda sahibləri məlum olmayan, bir-birinə bitişik tikilmiş ümumi sahəsi 30 kv.m olan vaqon tipli çayxananın yanar konstruksiyaları, ümumi sahəsi 60 kv.m olan avtoyuma sexinin içərisində olan müxtəlif avadanlıqlar 3 kv.m sahədə və ümumi sahəsi 18 kv.m olan dərzi sexinin tavanı 10 kv.m sahədə yanıb.

Tikililərin qalan hissəsi yanğından mühafizə olunub

Yanğın saat 04:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti