...

Botanika İnstitutu yanğınla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Hadisə Materials 6 İyul 2015 16:55 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda yanğın baş verməsi ilə bağlı yayılan məlumatlar yanlışdır.
Botanika İnstitutu yanğınla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda yanğın baş verməsi ilə bağlı yayılan məlumatlar yanlışdır. Bunu Trend-ə institutdan deyiblər.

Bildiriblər ki, sosial şəbəkələrdə şəkilləri də səhv yerləşdirərək yanğının Botanika İnstitutunda olduğunu yazıblar: "Əslində, institutda heç bir yanğın hadisəsi baş verməyib. Şəkillərə baxanda da aydın görünür ki, yanğın institutdan kənar ərazidə baş verib və institutla heç bir əlaqəsi yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti