...

Keçmiş məhkum 20 kq narkotiklə saxlanıldı

Hadisə Materials 14 İyul 2015 15:53 (UTC +04:00)
Bakıda keçmiş məhkumdan 20 kq narkotik götürən polis daha 2 nəfərin axtarışını davam etdirir.
Keçmiş məhkum 20 kq narkotiklə saxlanıldı

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda keçmiş məhkumdan 20 kq narkotik götürən polis daha 2 nəfərin axtarışını davam etdirir.

Trend Region TV-yə istinadən xəbər verir ki, Ağcabədi sakini Bakıda 20 kq narkotiklə saxlanılıb. Fakt paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Ağcabədi rayon Hindarx qəsəbə sakini Elçin Əliyev narkotik tərkibli bitkini tanışları ilə birgə Oğuz rayon ərazisindən toplayıb. Saxlanılan şəxsin sözlərinə görə, Akif adlı tanışı ona narkotiki Bakıya gətirməyi, yerdə qalan məsələləri isə özünün həll edəcəyini deyib.

Hazırda polis 20 kq qurudulmuş marixuananı E.Əliyevlə birgə Bakıya gətirən daha iki nəfərin axtarışlarını davam etdirir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, saxlanılan E.Əliyev bundan əvvəl də məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti