Azərbaycan, Bakı, 19 iyul /Trend/
Bakıda avtobus yandı.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda "DAEWOO" markalı avtobusun arxa təkəri yanmışdır.
Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.