Azərbaycan, Bakı, 31 iyul /Trend/
Qarabağ kanalında batan gəncin meyidi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə 30.07.2015-ci il tarixində Mingeçevir şəhəri, Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) 1989-ci il təvəllüdlü, Həsənov Elvin Elçin oğlunun suda batması haqqında məlumat daxil olub.
E.Həsənovun cəsədi batdığı yerdən 600 metr aralıda, "Aran" dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.