Azərbaycan, Bakı, 1 avqust /Trend/
Xızıda meşədə yanğın başlayıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonunda dağlıq ərazidə sıx kol-kos və meşə ərazisinin bir hissəsində yanğın hadisəsi baş verib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya Dəstəsinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.