...

Tovuzda böyük obyekt yanıb

Hadisə Materials 2 Avqust 2015 18:30 (UTC +04:00)
Tovuz rayonu, Aşağı Quşçu kəndində (rayon mərkəzindən 5 km aralı) böyük obyektdə yanğın baş verib.
Tovuzda böyük obyekt yanıb

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Tovuz rayonu, Aşağı Quşçu kəndində (rayon mərkəzindən 5 km aralı) böyük obyektdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 1080 kv.m olan üçmərtəbəli mansarddan ibarət obyektin 2-ci mərtəbəsinin lambirdən olan tavanı 308 kv.m sahədə, 3-cü mərtəbəsinin mansardının yanar konstruksiyaları 360 kv.m sahədə və bitişik ümumi sahəsi 312 kv.m olan birmərtəbəli qarışıq mallar mağazasının dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb.

Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti