...

Lerikdə aşmış avtomobilin sərnişini ölüb

Hadisə Materials 14 Avqust 2015 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlkin İzzət/

Lerik rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 12-də saat 19 radələrində Lerik rayonunun Livadirgə kəndində kənd sakini Nurəli Mirzəyev idarə etdiyi "VAZ-2121" markalı avtomobili aşırıb. Nəticədə xəsarət almış sərnişini, həmkəndlisi Mehman Məmmədov xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və M. Məmmədov avqustun 13-də orada ölüb.

Faktla əlaqədar Lerik RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti