Azərbaycan, Bakı, 16 avqust /Trend /
Xaçmazda dənizdə batan şəxsin cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Müqtədır qəsəbəsində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 500 m aralı, nəzarətsiz ərazidə) 2000-ci il təvəllüdlü Abbasov Kamran Tofiq oğlu suda batması haqqında məlumat daxil olub.
K.Abbasovun cəsədi "Seyidli" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 21:52-də başa çatıb.