Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Elmir Murad/
Qusarda avtomobil qəzası yanğına səbəb olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Samur qəsəbəsində (rayon mərkəzindən 30 km aralı) "Toyota" markalı minik avtomobili ilə "T-24" markalı traktorun toqquşması nəticəsində yanğın olub. Yanğın nəticəsində hər iki nəqliyyat vasitəsi yanaraq yararsız hala düşüb.
Hadisə yerinə gələn yanğın söndürənlərin sayıqlığı nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.