Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elmir Murad/
Bakıda polis bir nəfər dələduzu saxlayıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Salyan sakini, əvvəllər məhkum olunmuş Əhməd Dadaşov Bakı şəhər sakini Elxan Cərullayevi bıçaqla hədələyərək 50 manatını və mobil telefonunu alıb. Faktla bağlı Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Dadaşov tutularaq məsuliyyətə cəlb olunub.