Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İlkin İzzət/
İtkin düşmüş İsmayıllı rayon sakininin özünü gölə atması müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 20-də itkin düşmüş İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini Füzuli Rüstəmovun özünü Aşıqbayram kəndinin ərazisində gölə atması müəyyən edilib. Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.