Azərbaycan, Bakı, 30 avqust /Trend/
Gəncə-Şəmkir şossesinin 8-ci kilometrində ağır yol qəzası baş verib.
Trend-in məlumatıa görə, dövlət yol nişanı 20-DL-798 olan "Chevrolet NIVA" avtomobili "Mercedes"-lə toqquşub. Hadisə nəticəsində xəsarət alanlar var.
Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yolda yaranan tıxac aradan qaldırılır.