...

Sumqayıtda avtomobil yanıb

Hadisə Materials 16 Sentyabr 2015 09:52 (UTC +04:00)
Sumqayıtda avtomobildə yanğın baş verib.
Sumqayıtda avtomobil yanıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Elmir Murad/

Sumqayıtda avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus "BMW" markalı minik avtomobili qəflətən yanmağa başlayıb. Nəticədə avtomobilin yanar hissələri yanaraq sıradan çıxıb.

Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində yaxınlıqdakı tikililəri yanğından mühafizə etmək mümkün olub. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti