...

Bakı-Sumqayıt yolunda sərnişin mikroavtobusunun qəzası nəticəsində 3 nəfər ölüb, yaralıların son vəziyyəti açıqlandı (ƏLAVƏ OLUNUB-4) (FOTO+VİDEO)

Hadisə Materials 17 Sentyabr 2015 15:07 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.
Bakı-Sumqayıt yolunda sərnişin mikroavtobusunun qəzası nəticəsində 3 nəfər ölüb, yaralıların son vəziyyəti açıqlandı (ƏLAVƏ OLUNUB-4) (FOTO+VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:10-da yayılıb)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

Şahidlərin verdiyi məluimata görə, hadisənin baş verməsi nətciəsində ölənlər və yaralananlar var.

Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.

Hadisə yerində araşdırmalar aparılır.

XXX

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, hazırda tibbi yardım briqadaları hadisə yerindədir.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.

XXX

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Arif Yusifov Trend-ə bildirib ki, hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.

Ölənlərin hər ikisi gənc oğlandır. Yaralıların vəziyyəti orta ağır və ağır qiymətləndirilib. Yaralılar arasında uşaq yoxdur.

XXX

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Daha bir nəfər ağır yaralı-qadın xəstəxanada dünyasını dəyişib.

XXX

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev Trend-ə bildirib ki, ümumilikdə xəstəxanaya 10 yaralı daxil olub. Onların əksəriyyəti aşağı ətraflarının sınığı və ayaqları ambutasiya olunmuş şəkildə daxil olublar. Xəstələrdən 3-ü xəstəxanaya daxil olarkən onların bir və ya iki ayağı ambutasiya olunmuş vəziyyətdə olub. Hər iki ayağı ambutasiya olunmuş və şok vəziyyətində olan qadın xəstəxanada dünyasını dəyişib. Qalan 9 xəstədən 3-nün vəziyyəti orta ağır, 6-sının vəziyyəti isə ağırdır.

E.Quliyev bildirib ki, xəstəxanaya kömək üçün Bakıdan həkim briqadası da göndərilib. Həkimlərin rəyi ilə ağır beyin travması alan xəstələrdən biri Bakıya- Kliniki Tibbi Mərkəzə göndərilib. hazırda xəstələr üzərində cərarahiyyə əməliyyatları aparılır.

Foto AzadXeber.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti