...

Bakıda mənzildən 100 mindən artıq pul və qızıl oğurlayan şəxs yaxalanıb

Hadisə Materials 18 Sentyabr 2015 11:18 (UTC +04:00)
Bakıda yayda mənzildən külli miqdarda pul və qızıl oğurlayan şəxs tutulub.
Bakıda mənzildən 100 mindən artıq pul və qızıl oğurlayan şəxs yaxalanıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda yayda mənzildən külli miqdarda pul və qızıl oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Nərimanov RPİ CAŞ və 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 26-da saat 23:30 radələrində A.Gəraybəyli küçəsində 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40.000 manat, 20.000 ABŞ dollar və 50.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlmaqda şübhəli bilinən CM-nin 177-ci maddəsi ilə 28 iyul 2015-ci il tarixdən Tərtər RPŞ tərəfindən axtarışda olan Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Rasim oğlu Əliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti