...

Şəki Hava Limanının ətrafında narkotik plantasiyası aşkar edilib

Hadisə Materials 23 Sentyabr 2015 13:28 (UTC +04:00)
Daxili işlər orqanları əməkdaşları Şəkidə və Tərtərdə narkotik vasitələr aşkar ediblər.
Şəki Hava Limanının ətrafında narkotik plantasiyası aşkar edilib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Şəkidə və Tərtərdə narkotik vasitələr aşkar ediblər.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən Şəki Hava Limanının ətrafındakı sahədə yabanı halda bitmiş, ümumi çəkisi 407 kiloqram olan 1386 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bundan başqa, Tərtər RPŞ əməkdaşları tərəfindən Kəngərli kəndi ərazisində də yabanı halda bitmiş, ümumi çəkisi 240 kiloqram olan 70 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti