...

Baloğlan Əşrəfov ağır yol qəzasına düşdü – ÖZƏL

Hadisə Materials 26 Sentyabr 2015 15:01 (UTC +04:00)
Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış müğənni Baloğlan Əşrəfov Bakıdan Masallıya gedərkən, Biləsuvar rayonu ərazisində ağır yol qəzası keçirib.
Baloğlan Əşrəfov ağır yol qəzasına düşdü – ÖZƏL

Azərbaycan, Bakı, 26 sentyabr /Trend Azər Niftiyev/

Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış müğənni Baloğlan Əşrəfov Bakıdan Masallıya gedərkən Biləsuvar rayonu ərazisində ağır yol qəzası keçirib.

Hadisəylə bağlı informasiyanı Trendə qəza şahidləri veriblər.

Trendin əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Baloğlan Əşrəfovun özü ilə əlaqə saxlayıb. Trendə açıqlamasında əməkdar artist informasiyanı təsdiq edib: "Bəli, qəza olub, çox həyəcan keçirdik. Allah bu dəfə də bizi qorudu. Şükür Allaha, salamatçılıqdır. Hələ də hadisənin şokundayıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti