...

Gəncədə VAZ-la "Mercedes" toqquşub

Hadisə Materials 28 Sentyabr 2015 19:36 (UTC +04:00)
Gəncədə 2 avtomobil toqquşaraq yararsız vəziyyətə düşüb.
Gəncədə VAZ-la "Mercedes" toqquşub

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Gəncədə 2 avtomobil toqquşaraq yararsız vəziyyətə düşüb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində baş verib. Şəhərin Nizami prospekti ilə Hacı Əli Hüseynzadə küçəsinin kəsişməsində "VAZ 21015" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.

Hadisə zamanı VAZ-da olan sərnişin ayağından yüngül xəsarət alıb. Xəstəyə hadisə yerində yardım göstərilib.

İşıqforlu yolayrıcında qeydə alınan hadisə zamanı hər iki maşın istifadəyə yararsız vəziyyətə düşüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti