...

Bakıda silsilə oğurluq edənlər saxlanılıb

Hadisə Materials 5 Oktyabr 2015 11:39 (UTC +04:00)
Xəzər rayonunda silsilə oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Bakıda silsilə oğurluq edənlər saxlanılıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Elmir Murad/

Xəzər rayonunda silsilə oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Bakı Şəhər Baş polis İdarəsindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər tərəfindən edilən oğurluq hadisələri müxtəlif vaxtlarda, ayrı-ayrı ünvanlarda həyata keçirilib.

Onlar iyunun 13-də Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən 4 saylı yataqxanada yaşayan Tərlan Əhədovun mənzilindən, iyunun 28-ə keçən gecə Buzovna qəsəbəsi N.Əliyev küçəsində yaşayan Arzu Məlikovun və iyul ayının 5-də isə Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Sima Dəmirovanın evindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinirlər.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqu həyata keçirənlərin Kəngərli rayon sakini, 1986-cı il təvəllüdlü İslam Möhbalıyev, Bakı şəhər sakinləri 1997-ci il təvəllüdlü Rəhman Mirzəyev və 1992-ci il təvəllüdlü Nicat Cəbiyevin olduğu müəyyən olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti