...

Moskvada "Lujniki" stadionunda yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Oktyabr 2015 16:40 (UTC +04:00)
Moskvada yerləşən böyük idman arenası "Lujniki" stadionunda yanğın baş verib.
Moskvada "Lujniki" stadionunda yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:04-də yayılıb)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Moskvada yerləşən böyük idman arenası "Lujniki" stadionunda baş verən yanğın söndürülüb.

Bu barədə Trend Rusiya mətbuatına istinadən məlumat verir.

Yanğının stadionun sektorlarından birində başladığı bildirilirdi.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

X X X

Moskvada yerləşən böyük idman arenası "Lujniki" stadionunda yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə paytaxtın Fövqəladə hallar xidmətindən bildirilib.

Xidmətə yanğınla bağlı məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürənlər göndərilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, arenanın üzərində qalın qara tüstü dumanı yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti