Azərbaycan, bakı, 5 oktyabr /Trend/
Gədəbəyin Böyük Qaramurad kəndi ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, "Niva" ilə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində "Mercedes"-in sürücüsü 63 yaşlı İsa Quliyev yaralanıb. O, müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.