...

Ağcabədidə mağaza yanıb

Hadisə Materials 17 Oktyabr 2015 09:59 (UTC +04:00)
Ağcabədidə mağazada yanğın baş verib.
Ağcabədidə mağaza yanıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elmir Murad/

Ağcabədidə mağazada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan geyim satışı mağazasının yanar konstruksiyaları və içərisində olan mallar 220 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyləri nəticəsində mağazanın qalan hissəsini və bitişik obyektləri yanğından mühafizə etmək mümkün olub.

Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti