Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elmir Murad/
Füzuli rayonunda yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun 8-ci Qayıdış qəsəbəsində Elçin Əliyev idarə etdiyi "VAZ-210154" markalı avtomobillə yolu keçən qəsəbə sakini İsmiəli Şükürovu vurub. Nəticədə müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, İ.Şükürov orada ölüb. Faktla bağlı araşdırma aparılır.