Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Elmir Murad/
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qəza Safıkürd kəndində qeydə alınıb.
Kənddə rayon sakinləri Vüqar Mahmudovun və Yalçın Cavadovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində Y.Cavadov hadisə yerində ölüb, V.Mahmudov və sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.