Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elmir Murad/
Gəncə şəhərində ailə-məişət zəminində baş verən münaqişə zamanı hadisə baş verib.
Daxili İşlər Nazilriyindən Trend-ə daxil olan məlumata görə, Gəncə şəhərində yaşayan Eldar Qocayev Cavadxan qəsəbəsindəki evində ailə-məişət münaqişəsi zəmnində üzərinə benzin tökərək özünü yandırıb. E.Qocayevin həyat yoldaşı Ruhinə də onu xilas etməyə çalışarkən yanıq xəsarətləri alıb. Ər və arvad hər ikisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.