...

Hərbi yük maşını qatarla toqquşub: yaralı əsgər var

Hadisə Materials 30 Oktyabr 2015 20:25 (UTC +04:00)
Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmiryol ötürücüsünü keçərkən qatarla toqquşub.
Hərbi yük maşını qatarla toqquşub: yaralı əsgər var

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmiryol ötürücüsünü keçərkən qatarla toqquşub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.

M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti