...

Bakıda restoranı qarət edən şəxslər tutulub

Hadisə Materials 3 Noyabr 2015 12:04 (UTC +04:00)
Bakıda restorandan oğurluq edən şəxslər saxlanılıb.
Bakıda restoranı qarət edən şəxslər tutulub

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elmir Murad/

Bakıda restorandan oğurluq edən şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, oğurluq hadisəsi Bakı şəhər sakini Qədim Süleymanova məxsus, A.Zeynallı küçəsində yerləşən restoranda qeydə alınıb.

Açar seçmə yolu ilə restorandan 1450 manat dəyərində spirtli içkiləri talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kamran Məmmədov və 1994-cü il təvəllüdlü Məhəmməd Əliyev tutulub. Onlar Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti