...

Dənizdə itən balıqçıları FHN-in aviasiya dəstəsi axtaracaq

Hadisə Materials 4 Noyabr 2015 17:52 (UTC +04:00)
Onlarla əlaqə kəsilib.
Dənizdə itən balıqçıları FHN-in aviasiya dəstəsi axtaracaq

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisindən 3 nəfər balıqçı dənizə çıxıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, hazırda onlarla əlaqə kəsilib. Axtarış ərazisi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından kənardadır (dənizdə çıxış məsafəsi 2 milə qədər).

Hazırda havanın küləkli olduğunu nəzərə alaraq sabah səhər saatlarından etibarən hava şəraiti əlverişli olduğu təqdirdə FHN aviasiya dəstəsi tərəfindən axtarış-xilasetmə işlərinə start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti