...

FHN-nin təyyarəsi Türkmənistanda tapılmış neftçilərin meyitlərini gətirmək üçün yola düşüb

Hadisə Materials 4 Yanvar 2016 10:57 (UTC +04:00)
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçilərin meyitlərini gətirmək üçün yola düşüb.
FHN-nin təyyarəsi Türkmənistanda tapılmış neftçilərin meyitlərini gətirmək üçün yola düşüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçilərin meyitlərini gətirmək üçün yola düşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilmiş və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılmışdır. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində "Azneft" sözləri yazıldığı müəyyən edilmişdir.

Məlumat daxil olduqdan sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşmüşdür

Məqalədə:
Xəbər lenti

Xəbər lenti