Bakı. Trend:
Balakən rayonunda zavodda partlayış hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, 04.01.2016-cı il təxminən, saat 10:30 radələrində Balakən şəhərində "Azəryem Sənaye MMC"-yə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində yanğın baş verməyib.
Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır.
Əlavə məlumat veriləcək.