...

Bakıda yaşayış binasında yanğın baş verib (YENİLƏNİB)

Hadisə Materials 17 Yanvar 2016 20:28 (UTC +04:00)
Bakının Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib.
Bakıda yaşayış binasında yanğın baş verib (YENİLƏNİB)

Bakı. Trend:

Bakının Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının mansardında sahəsi 20 kv.m olan 1 otağın yanar konstruksiyaları və dam örtüyü 10 kv.m sahədə yanıb.

Mansardın qalan hissəsi və 5-ci mərtəbədə yerləşən mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti