...

Təhsil ocağından seyf oğurlayan tutuldu

Hadisə Materials 25 Yanvar 2016 13:23 (UTC +04:00)
Odlar Yurdu Universitetində oğurluq hadisəsi baş verib. Belə ki, universitetdən içərisində kulli miqdarda pul olan seyf oğurlanıb.
Təhsil ocağından seyf oğurlayan tutuldu

Bakı. Trend:

Odlar Yurdu Universitetində oğurluq hadisəsi baş verib. Belə ki, universitetdən içərisində kulli miqdarda pul olan seyf oğurlanıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən içərisində 83375 manat və 219900 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti