...

"Qağayı" istirahət bazasındakı bədbəxt hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə Materials 25 Yanvar 2016 15:21 (UTC +04:00)
Bakı şəhər prokurorluğu “Qağayı” istirahət bazasının ərazisində baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.
"Qağayı" istirahət bazasındakı bədbəxt hadisə ilə bağlı cinayət işi açıldı

Bakı. Trend:

Bakı şəhər prokurorluğu "Qağayı" istirahət bazasının ərazisində baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Trend-ə verilən məlumata görə, yanvarın 23-də saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən "Qağayı" istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti