...

Daşkəsəndə vəzifəli şəxslər yol qəzasında öldülər (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 Yanvar 2016 19:30 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:33-də yayılıb)

Bakı. Trend:

Daşkəsən rayonunun Bayan kəndində ağır yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, "Niva Chevrolet" markalı avtomobilin körpüdən aşması nəticəsində sürücü və sərnişin hadisə yerindəcə keçinib.

Qəzada ölənlər Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib. Həmin şəxslərin kimliyi müəyyənləşdirilir.

X X X

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə zamanı Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin müdiri Elvin Haqverdiyev və rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Hacı Məmmədov dünyasını dəyişib.

Qeyd edək ki, hadisə təxminən 17:30-də Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib. "Niva Chevrolet" markalı avtomobil sürüşərək körpüdən aşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti