...

Goranboyda və Astarada yanğın baş verib

Hadisə Materials 19 Fevral 2016 23:43 (UTC +04:00)
Goranboyda və Astarada yanğın baş verib
Goranboyda və Astarada yanğın baş verib

Bakı. Trend:

Goranboyda və Astarada yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində ümumi sahəsi 840 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət tikilinin 1 otağının tavanı 12 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Astara rayonu, Ərçivan kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus 300 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət evin 4 otağının yanar konstruksiyaları 150 kv.m sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:09-da söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti