...

Bakı-Qazax yolunda avtomobil toqquşdu, sürücü xəsarət aldı

Hadisə Materials 5 Mart 2016 21:35 (UTC +04:00)
Bakı-Qazax yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı-Qazax yolunda avtomobil toqquşdu, sürücü xəsarət aldı

Bakı. Trend:

Bakı-Qazax yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Qazax rayonunda baş verib.

Sürücü 29 yaşlı Teyyub Əliyev qarın nahiyyəsinin travması ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb.

Xəstə əməliyyat edilib və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti