...

Bakıda yanğın olub - 2 nəfər xəsarət alıb

Hadisə Materials 16 Mart 2016 18:09 (UTC +04:00)
Gündüz saatlarında Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın faktı qeydə alınıb.
Bakıda yanğın olub - 2 nəfər xəsarət alıb

Bakı. Trend:

Gündüz saatlarında Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın faktı qeydə alınıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda yeddimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 38 kv.m olan 2 otaqlı mənzilin 1 otağında divan, kreslo və televizor yanıb. Yanğın zamanı iki nəfər xəsarət alıb. Yanğından mənzilin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 16:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti