...

Sumqayıtda keçmiş məhbus qətlə yetirildi

Hadisə Materials 31 Mart 2016 13:04 (UTC +04:00)
Sumqayıtda borc üstə qətl hadisəsi törədilib.
Sumqayıtda keçmiş məhbus qətlə yetirildi

Bakı. Trend:

Sumqayıtda borc üstə qətl hadisəsi törədilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 30-da Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Asif Xəlilovun evində, qonşusu Ramin Cəbrayılovla aralarında pul borcu ilə əlaqədar baş vermiş münaqişə zəminində R.Cəbrayılov bıçaqla A.Xəlilova xəsarət yetirib, A.Xəlilov hadisə yerində ölüb.

R.Cəbrayılov könüllü olaraq Sumqayıt ŞPİ-yə gələrək təslim olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti