Bakı. Trend:
Astarada yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Astara rayonu, Vaqo kəndində vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.