...

Səfirlik Moskvada azərbaycanlı diplomatla bağlı insidentin başvermə şəraitini araşdırır

Hadisə Materials 16 Aprel 2016 12:19 (UTC +04:00)
Aprelin 15-dən 16-na keçən gecə Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin Konsul şöbəsinin müdiri, müşavir Emil Məhərrəmov taksi ilə evinə gedərkən sürücü tərəfindən kobud şəkildə döyülüb.
Səfirlik Moskvada azərbaycanlı diplomatla bağlı insidentin başvermə şəraitini araşdırır

Bakı. Trend:

Aprelin 15-dən 16-na keçən gecə Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin Konsul şöbəsinin müdiri, müşavir Emil Məhərrəmov taksi ilə evinə gedərkən sürücü tərəfindən kobud şəkildə döyülüb. Bunu Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən deyiblər.

E.Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb. Ona burada ilkin tibbi yardım göstərilib.

Bu məişət insidenti ilə əlaqədar olaraq səfirlik baş vermiş hadisənin səbəbi və şəraitini araşdırmaq üzrə təcili tədbirlər görür, xəsarət alan isə ərizə ilə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edib.

Səfirlik təfərrüatları dəqiqləşdirdikdən sonra əlavə məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti