...

Moskvada Azərbaycan səfirliyinin əməkdaşını döyən taksi sürücüsü saxlanıldı

Hadisə Materials 16 Aprel 2016 12:54 (UTC +04:00)
Moskvada Azərbaycan səfirliyinin əməkdaşını döyən şəxs saxlanılıb.
Moskvada Azərbaycan səfirliyinin əməkdaşını döyən taksi sürücüsü saxlanıldı

Bakı. Trend:

Moskvada Azərbaycan səfirliyinin əməkdaşını döyən şəxs saxlanılıb. Bu barədə Trend Rusiya mətbuatına istinadən məlumat verir.

Səfirliyin əməkdaşına edilən hücumdan sonra həmin şəxs polis tərəfindən müəyyənləşdirilib və şöbəyə gətirilib. Hücum edənin 31 yaşlı Haybula Hacıyev olduğu müəyyən olunub.

Qeyd edək ki, aprelin 15-dən 16-na keçən gecə Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin Konsul şöbəsinin müdiri, müşavir Emil Məhərrəmov taksi ilə evinə gedərkən sürücü tərəfindən kobud şəkildə döyülüb. E.Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb. Ona burada ilkin tibbi yardım göstərilib.

Bu məişət insidenti ilə əlaqədar olaraq səfirlik baş vermiş hadisənin səbəbi və şəraitini araşdırmaq üzrə təcili tədbirlər görür, xəsarət alan isə ərizə ilə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edib.

Səfirlik təfərrüatları dəqiqləşdirdikdən sonra əlavə məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti