...

Qobustanda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə Materials 4 May 2016 02:47 (UTC +04:00)
Qobustanda iki avtomobil toqquşub.
Qobustanda iki avtomobil toqquşub, xəsarət alan var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qobustan rayonunda, Bakı-Şamaxı-Yevlax yolunun 90-cı kilometrliyində "VAZ 2106" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nəticədə, "VAZ 2106" markalı avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışlar.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 23:57-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti