...

Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Hadisə Materials 7 May 2016 22:36 (UTC +04:00)
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Trend-i buradan izləyin

Bakı. Trend:

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə saat 22:00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"VAZ 2107"-markalı avtomobillə "VAZ 21 099" markalı minik maşını toqquşub. Nəticədə 38 yaşlı Əli Əliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım (TTYX) nın trvamatalogiya şöbəsinə yerləşdirilib.

Onun ayaq nahiyyəsində qırıqların olduğu deyilir. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. İlkin ehtimal kimi qəzaya səbəb avtomobillərin bir birinin yoluna çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti