...

Küt alətlə pul qazanmaq istədilər, amma...

Hadisə Materials 18 May 2016 12:14 (UTC +04:00)
Mayın 17-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində şəxsiyyəti məlum olmayan 5 nəfər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib 800 manat pulunu alıb.
Küt alətlə pul qazanmaq istədilər, amma...

Bakı. Trend:

Mayın 17-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində şəxsiyyəti məlum olmayan 5 nəfər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib 800 manat pulunu alıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Şahin Kərimov, Vahid Şirinov və Elvin Abbaszadə tutulmuş, digər şəxslər isə müəyyən edilib.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti